Atalar sözləri

Aforizmlər

Gənclik yaz kimidir, yaşlılıq isə qışa bənzər, elə bir qış ki, arxasından bahar gəlməz. (Firdovsi)

 

Gil qabın möhkəmliyini səsi ilə yoxlayan kimi, insanı da ağzından çıxan söz ilə yoxlayırlar. (Əbül Fərəc)

 

Gördüyün işi əvvəlcə ağıl tərəzisi ilə ölç. (Qətran Təbrizi)

 

Görmək və hiss etmək mövcud olmaq, düşünmək isə yaşamaq deməkdir. (Uilyam Şekspir)

 

Görünən gerçək olsaydı, elmə gərək qalmazdı. (Karl Marks)

 

Görünmək istədiyin kimi ol. (Esxil)

 

Görünür, insan dünyasında ən ədalətlə paylanmış nemət ağıldır. Çünki heç kəs öz ağlından gileylənmir. (Monteqyu)

 

Gözə soxulan sadəlik- niyyətli ikiüzlülükdür. (Fransua de Laroşfuko)

 

Gözəl bir gülü, gözəl bir gecəni, gözəl bir dostu hər kəs istər. Əhəmiyyətli olan gülü tikanıyla, gecəni sirriylə, dostu bütün dərdiylə sevə bilməkdir. (Şəms Təbrizi)

 

Gözəl danışan natiqin çox danışdığı hiss olunmur. (Jül Renar)