Təbiət

Mandrill

Mandrill (Mandrillus) Mərkəzi və Qərbi Afrikada yaşayan böyük Köhnə Dünya meymunudur. Üzü və arxası qırmızı və mavi dərilidir, dünyanın ən rəngli məməlilərindəndir. 

 
Mandrill həm ölçü, həm də rəng baxımından cinsi dimorfizmi (cinslər arasında görünüş fərqi) olan məməlilərdən biridir. Erkək mandrilllərin çəkisi 50 kq-a çatır, boyu 75-90 sm-dir. Dişilərin çəkisi daha azdır, boyu isə 55 sm ilə 66 sm arasında dəyişir. Parlaq rəngli erkək fərdlərdən fərqli olaraq, dişi mandrillərin rəngi solğun olur.
 
 
Üzlərinin ortasında qırmızı zolaq, burun boyunca isə qalın mavi zolaqlar var. Mandrillərin üzləri əsasən tüksüzdür, lakin ağ bığları və uzun saqqalı var. Burun dəlikləri və dodaqları qırmızıdır. 
 
 
Bir çox digər köhnə dünya meymunları kimi, mandrilllərin də boyunlarına, alt çənəyə yaxın  "yanaq kisələri" var. Bu, onlara yemək üçün rəqabət apararkən və ya təhlükəli yerdə yemək axtararkən tez bir zamanda yeməkləri yanaq kisələrində saxlayıb, sonra yemək üçün üstünlük verir. Bu yanaq kisələrindən yeməkləri ağızlarına itələmək üçün əllərinin arxasından istifadə edirlər.
 
 
Mandrillər hər şeyi yeyən heyvanlardır; Otlar, toxumlar, tumurcuqlar, göbələklər, meyvələr və s.