Xəbərlər

“Qoğal” tamaşasının premyerası olacaq

Oktyabrın 11 və 12-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Qoğal”  tamaşasının premyerası olacaq. Bu, həm də teatrın 87-ci mövsümünün ilk premyerasıdır. Mövsümün ilk yeni tamaşası rus xalq nağılı əsasında səhnələşdirilmiş “Qoğalın sərgüzəştləri” adlı nağıl - müzikldir. Tamaşanın səhnə redaksiyasının müəllifi gənc yazıçı Pərvin, quruluşçu rejissoru Əməkdar Artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu və musiqi nömrələrinin tərtibatçısı İradə Muradovadır. Əsas obrazları Anar Seyfullayev (Qoğal), Ramil Məmmədov (Baba), Zülfiyyə Alhüseynova (Nənə), Elşən Şıxəliyev (Canavar), Günel Məmmədova (Tülkü), Roza İbadova (Dovşan) və başqaları ifa edəcəklər. Əyləncəli, eyni zamanda ibratamiz hadisələrlə zəngin müzikl kiçik yaşlı tamaşaçıları düzlüyə, prinsipiallığa səsləyir, pisi yaxşıdan ayırmaq kimi insani keyfiyyətləri aşılayır.