Təbiət

Günəş balığı

Günəş balığı pis qoxusu və dadsız əti olan Molidae fəsiləsinə aid balıq növüdür. Günəş balığının köpək balığını xatırladan üzgəcləri var. Onların uzunluğu 1,8-3,5 m arası dəyişir, çəkisi isə 2 tona yaxındır.

 

Bu balıq digər balıqlar kimi sürətlə hərəkət edə bilmir.  Quruluş cəhətdən də digər balıqlardan fərqlənir. Qarın üzgəcləri olmadığı üçün fərqli bir görünüşə malikdir. Quyruq üzgəci geniş olsa da, üzgüçülük üçün istifadə etmir. Dorsal üzgəci ilə irəliləyir. Təxminən 15 sm-lik qalın bir dərisi var. 

 

Günəş balığı yavaş hərəkət edir, isti sularda yaşayır. Digər balıqların yumurtalarını yeyirlər. Bu vəziyyət balıq növlərinin gələcəyini təhlükə altına salır. 

 

Xüsusilə isti və mülayim sulara üstünlük verən balığı günəşli yerlərdə görmək olar. . Avstraliyanın mülayim dənizlərində, Asiya və Afrika dənizlərində rast gəlinir. 

 

Dəniz canlıları ilə yanaşı kiçik balıqları da yeyirlər. Çoxlu yumurta qoyur. Təxminən 300 milyon yumurta qoyurlar. Yumurtadan çıxan balıqların uzun onurğaları var. 

 

Günəş balığının orta ömrü 20-25 ildir.