Təbiət

Engelman küknarı

Engelman küknarı Vətəni Şimali Amerika olan ağacdır. Ağacın hündürlüyü 30–50 m, gövdəsinin diametri 90 sm-dir.

 

Avropada 19-cu əsrin ortalarından (1862-ci ildən) dekorativ bitki kimi becərilən, yavaş-yavaş böyüyən Engelman küknarının ömrü 300-400 ildir. Soyuğa davamlıdır, nəmli,  gilli torpaqlara üstünlük verir. Kölgə sevsə də, lazımi  qədər işıqlandırma ilə daha yaxşı inkişaf edir.  Dekorativ formalı ağ iynələri var.


Tikintidə, mebel istehsalında, faner və musiqi alətlərinin hazırlanmasında istifadə olunur.

 

Ağacın qabığı cavan yaşda qırmızı-qonur, sonradan açıq-qonur rəngdə olur.