Təbiət

Çay delfini

Çay delfinləri dişli balinalar alt fəsiləsinə daxil olan su məməliləridir. Fəsiləyə dörd delfin növü daxildir. Onun üçü çay sularında, biri isə okean suyunda yaşayır.

 

Çay delfinlərinin uzunluğu 1,6-3 m, çəkisi 40-240 kq-dır.

 

Hazırda bu fəsiləyə daxil olan növlərin nəsli kəsilmək üzrədir. Buna səbəb isə insanlar təfindən ovlanma, yaşayış yerlərinin daralmasıdır. 

 

Dişlərinin sayı 104-242 aralığındadır.  Döş üzgəcləri qısa və enli, bel üzgəci qısa, üçbucaqlı və ya alçaq təpə şəklindədir. Solğun boz rənglidirlər. Eşitmə qabiliyyətləri yaxşı inkişaf etsə də, görmə zəifdir. Amerika, Cənubi Asiyada yaşayırlar. Tək və ya kiçik qruplar halında yaşayırlar. Onurğasızlar və balıqlarla qidalanırlar.

 

Mekonq çayında 100 başdan ibarət delfin yaşayır. Onların da nəsli kəsilmək üzrədir.