Xəbərlər

IX Bakı Beynəlxalq Kitab Sərgisində AZƏRTAC-ın Uşaq Portalının təqdimatı olub

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və “Caspian Event Organisers” şirkətinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində keçirilən 9-cu Bakı Beynəlxalq Kitab Sərgisi davam edir.

 

Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) sərgidə ayrıca stendlə təmsil olunur.

 

Noyabrın 14-də sərgi çərçivəsində AZƏRTAC-ın Uşaq Bilik Portalının (portal.azertag.az) təqdimatı keçirilib.

 

Təqdimatda Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin müəllim və şagird kollektivi, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının rəhbərliyi, Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları iştirak ediblər. Ziyarətçilərə portal haqqında geniş məlumat verilib.

 

Sonra Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin şagirdləri ilə birlikdə interaktiv oyun təşkil olunub.

 

Qaliblərə AZƏRTAC-ın xatirə hədiyyələri təqdim edilib.

 

Qeyd edək ki, AZƏRTAC-ın stendində agentliyin çap məhsulları və nəşrləri, əməkdaşlarının vaxtilə istifadəsində olan avadanlıqlar, kitablar və s. sərgilənir.