Bacarıqlı əllər

Palıd qozasından əl işləri

Qızıl payız  bir çox şairlərin sevimli fəslidir. Payız həm də əl işləri üçün təbii materiallarla zəngindir:  şabalıd, palıd qozaları, payız yarpaqları... Məsələn, palıd qozalarını sadəcə şəffaf güldana tökməklə və ya ipə muncuq kimi düzməklə müxtəlif suvenirlər hazırlamaq olar. Onlardan, həmçinin oyuncaqlar, şəkil üçün çərçivələr, yeni il üçün bəzək əşyaları düzəltmək mümkündür. Hazır əl işlərinin şəkilləri sizə bu işdə kömək edəcək.