Görkəmli şəxsiyyətlər

Tuti Bikə

Tuti Bikə Quba xanlığının siyasi həyatında mühüm rol oynamışdır. O, Quba xanı Fətəli xanın arvadı idi. O vaxt Azərbaycanda olan xanlıqlar arasında müharibələr gedirdi. Xanlıqlar arasında gedən döyüşdə məğlub olan Fətəli xan geri çəkilir. 

 

1774-cü ildə gərgin müharibələr gedirdi. Bu vaxt Dərbənd şəhərinin müdafiəsinə Tuti Bikə şəxsən özü rəhbərlik edirdi. Ərinin həlak olması şayəsinə inanmayan Tuti Bikə döyüş libası geyərək qalanı müdafiə edənləri döyüşə ruhlandırır. Başçılıq etdiyi Dərbənd süvariləri ilə düşməni şəhərdən uzaqlaşdırdı. Bəla ondadır ki, Azərbaycanda olan xanlıqlar özləri birləşib ümumi düşmənə qarşı vuruşmaq əvəzinə, qarşı-qarşıya dayanırdılar. Bir-birinə düşmən münasibəti bəsləyirdilər. Bunun nəticəsində 1775-ci ilin mart ayında ruslar guya Fətəli xanı müdafiə edir, bu ad altında onlar Dərbəndə soxulurlar. Elə buna görə də huiylə baş tutur. Həmin vaxtdan etibarən Dərbənd şəhəri Azərbaycandan qoparılıb Rusiyanın tərkibinə qatılır.