Xəbərlər

“Bir olaq, birgə şənlənək” - uşaqlar üçün həmrəylik və Yeni il şənliyi

Bu gün Bakı Kitab Mərkəzində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə 10 nömrəli internat məktəbinin şagirdləri üçün tədbir keçirilib.

 

AZƏRTAC xəbər verir ki, “Bir olaq, birgə şənlənək” adlı bayram şənliyi Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və Bakı Kitab Mərkəzi tərəfindən təşkil olunub.

 

Tədbirdə Mərkəzin dərnək üzvləri nağıl qəhrəmanlarının qeyimlərində əyləncəli konsert proqramı təqdim ediblər. Konsert proqramında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə həsr olunan mahnılar səsləndirilib, rəqs qruplarının ifasında maraqlı səhnəciklər nümayiş etdirilib.

 

Qonaqlar, həmçinin 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin əl işlərindən ibarət sərgi ilə tanış olub, Bakı Kitab Mərkəzinı ekskursiya edib, nağılları dinləyiblər.

 

Bakı Kitab Mərkəzində yerləşən “Coffemood” kafesində uşaqlara nahar süfrəsi təşkil olunub.

 

Sonda Bakı Kitab Mərkəzi, Bakı Şəhər İcra Hakimiyyəti və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi adından internat məktəbinin şagirdlərinə bayram hədiyyələri və kitablar təqdim edilib.