Uşaq yaradıcılığı

Fidan İbadovanın parlaq dünyası

Bizim növbəti qonağımız Fidan İbadovadır. Fidan Xırdalan şəhərindəki 2 nömrəli məktəbin 10-cu sinfində oxuyur. O, uşaqlıqdan rəssamlığa böyük həvəs göstərir. Məktəbdə ən sevdiyi fənn rəsm dərsi olub. Rəssamlıqdan başqa, Fidan musiqi ilə məşğul olur və pianoda yaxşı ifa etməyi bacarır. Hal-hazırda o, Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində olan rəsm məşğələlərinə gedir və gələcəkdə bu universitetin dizayner sənəti fakültəsinə daxil olmağa ümid edir. Biz Fidana uğurlar arzulayırıq və oxucularımızı onun bəzi rəsm işləri ilə tanış etmək istəyirik.