Xəbərlər

Hindistanda dünyanın ilk robot-polisi təqdim edilib

Hindistanın “H-Bots Robotics” şirkəti dünyanın ilk robot-polisini təqdim edib.
 
 
AZƏRTAC xəbər verir ki, robot yeriyir və o, partlayıcı maddəni tapa, şübhəli şəxsləri tanıya, həmçinin ətrafdakılarla qarşılıqlı ünsiyyətə girə – məlumat qəbul edə və sualları cavablandıra bilir.
 
 
İstehsalçı şirkət artıq müxtəlif təşkilatlardan 20 sifariş alıb. Robot-polis  təhlükəsizlik xidmətlərinin işinə cəlb oluna bilər. Hindistan “robokop”larının istehsalına 2018-ci ilin iyulundan başlanacaq.