Xəbərlər

Sumqayıtlı uşaqlar: “Həyatı bizimlə sevin”

Sumqayıtdakı Heydər Əliyev Mərkəzində təşkil edilən "Həyatı bizimlə sevin" adlı rəsm sərgisi böyük maraqla qarışlanıb.

 

AZƏRTAC xəbər verir ki, sərgidə 4-16 yaş arası uşaqların 90-na yaxın rəsm əsəri və şüşə, taxta və balıqqulağından hazırlanan 40-dək maraqlı dekorativ əl işləri təqdim olunub. Yaradıcı fidanlar hər biri öz rəsm əsərini və kompozisiyasını xüsusi həvəslə təqdim edib. Sərgidə 56 balaca istedadlı uşağın əl işi nümayiş olunub.

 

Təşkilatçı rəssam Nigar Arif bildirib ki, sərginin keçirilməsində məqsəd uşaqlarda estetik zövqün formalaşdırılması, yaradıcı təxəyyülün inkişafı, onların özlərinə inamın artırılması və cəmiyyətə faydalı şəxsiyyət kimi yetişməkdə balacalara dəstək olmaqdır.