Təbiət

Qlükoza

Bitki və canlı orqanizmlərdə, həmçinin, bir çox meyvə və giləmeyvə şirələrində rast gəlinən qlükoza və ya üzüm şəkəri və ya dekstroza. şirin dadlı, suda yaxşı həll olan ağ kristal maddədir. 
 
Bütün canlıların əsas qida mənbəyidir. Tərkibindəki 6 oksigen atomu qlükozaya çox mühüm xüsusiyyət qazandırır. Bu oksigen atomlarına görə qlükoza suda asanlıqla həll olunur.
 

Qlükoza qiymətli və asan həzm olunan qida maddəsidir.
 
 
Yediyimiz qidaların 70%-i bizi karbohidratla təmin edir.Karbohidratlar bağırsaqlarda qlükozaya çevrilir və qanla birləşirlər. Qlükozanın miqdarı artarsa, mədəaltı vəz hüceyrələrin qlükozanı sormasına kömək edən insulin hormonunu ifraz edir.  Orqanizmimizdəki mükəmməl iş bölgüsü insan ilk dəfə yaradıldıqdan etibarən mövcuddur.
 
 
Qlükoza müxtəlif rabitələrlə fərqli şəkər molekullarına çevrilə bilir. Bunlardan biri fruktozadır. Fruktoza meyvə şəkəri də adlanır. Çünki fruktoza meyvə və tərəvəzdə çox olur və meyvəyə şirin dad verir.  Arıların şirə topladığı çiçəklərin nektarı da fruktoza mənbəyidir.
 
Qlükoza insan bədənində 110 mq/dl, toxumalarda isə 0.1 mq/dl olmalıdır. Əgər əsas yanacaq maddəsi olan qlükoza beyində lazımi miqdarda olmasa, ciddi problemlər üzə çıxar.
 
Tibbdə qlükozadan qanın konservləşdirilməsində və orqanizmi möhkəmləndirən maddə kimi istifadə olunur. Qlükoza qənnnadı sənayesində, güzgü və yolka oyuncaqlarının hazırlanmasında, toxuculuq sənayesində parşalara bəzək vurulmasında işlədilir.