Xəbərlər

2023-2024-cü tədris ilində paytaxt məktəbliləri idman yarışlarında 5 minə yaxın medal qazanıb

2023-2024-cü tədris ilində paytaxt məktəbliləri idman yarışlarında 4944 medal qazanıb.

 

Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, məktəblilər idmanın müxtəlif növləri üzrə beynəlxalq və respublika yarışlarında 1975 qızıl, 1482 gümüş, 1487 bürünc medal əldə ediblər.