Uşaq yaradıcılığı

Gələcəyin kosmonavtı - Əsmər Firidunzadə

Əsmər Firidunzadə 2010-cu il yanvarın 29 Bakıda doğulub. 3 yaşından Tofiq İsmayılov adına Uşaq–Gənclər yaradıcılıq sarayında fəaliyyət göstərən “Cücələrim” rəqs ansamblının üzvüdür. Eyni zamanda oradakı rəsm dərnəyinə də gedir. Üzgüçülüklə məşğul olur. Rəsm çəkməyi, rəqsi çox sevir. Böyüyəndə rəssam və ingilis dili müəlliməsi olmaq istəyir. Hazırda 21 nömrəli uşaq bağçasına gedən Əsmərin ən böyük arzularından biri kosmosa uçmaq və planetləri yaxından görməkdir.