Cahillik haqqında kəlamlar
Bir müddət öyrənməyin ağrısını çəkməyən, ömrü boyu cahillik zilləti çəkər.
Bir dəlil ilə 40 alimi yendim, 40 dəlil ilə bir cahili yenəmədim.
Cəhalət-bu alaqaranlıqdır, orada pislik axtarılır.
İnsanda bir zülmkarlq var-cəhalət.
Dünyada hər pislik, demək olar ki, cəhalətdən gəlir.
Cahil insan: bilməyən insan deyildir. Bilmək istəməyəndir! Bilmədiyi ilə xoşbəxt olandır!
Cahil insan özünün belə düşməni ikən başqasına dost olması necə gözlənilər.
Biz cahil dediyimiz zaman, məktəbdə oxumamış olanları nəzərdə tutmarıq. Nəzərdə tutduğumuz elm, həqiqəti bilməkdir. Yoxsa oxumuş olanlardan ən böyük cahillər çıxdığı kimi, heç oxumaq bilməyənlərdən də həqiqəti görən gerçək alimlər çıxa bilər.
Cahil bir şəxs ya ifrat edər, ya da geridə qalar.
Cahil dirilərin ölüsüdür.
Cahili cahillər mədh eylər.
20.08.2026