Uşaq yaradıcılığı

Qonağımız Şəfiqə Hüseynovadır

Şəfiqənin 13 yaşı var. Gəncə şəhərinin Mir Cəlal Paşayev adına 39 №-li orta məktəbdə 7–ci sinifdə oxuyur. Hobbisi şeir yazmaq, maraqlı faktlar və məlumatlar toplamaq, araşdırmalar aparmaqdır. Hind rəqslərini ifa etməyi çox xoşlayır. Bu, Şəfiqənin öz sözləridir: "Mənim açıq dərslərdə qrup işləri zamanı yazdığım cavablar həmişə sinif yoldaşlarımdan seçilir.
 
Bizə Azərbaycan dili və ədəbiyyatından dərs deyən İlhamə müəllimə mənə “Sən mənim kiçik beynimsən – deyir”. Şəfiqə birinci sinifdən başlayaraq bir çox məktəb tədbirlərində iştirak edib, Fəxri fərmanla, Diplomlarla mükafatlandırılıb. Şəfiqə özü də şeir yazır. Şəfiqənin ən çox sevdiyi şair Mirzə Ələkbər Sabir, ən çox sevdiyi şeir isə “Millət necə tarac olur olsun” şeirdir.
 
Nizami Gəncəvi, Səməd Vurğun və Zəlimxan Yaqubun şeirlərini də çox sevir.  Onun dörd şeirini sizə təqdim edirik. 
 
       
      Xocalı, mənim Xocalım
 
Xocalı torpağı harda, qoxusu harda?
Niyə üstündə  çiçək  bitmir?
Niyə ağaclar bar  vermir?
Yalnız  qalmısan?
Yox, biz  gələcəyik
O qoxu,  o torpaq,
O çiçək, o ağac
Qayıdacaq, Xocalı, mənim  Xocalım.
 
               
                 Vətən
 
Vətən  hər  bir  insanın  anasıdır,
Vətən  bizim  canımızdır, qanımızdır.
Vətən  bizim üçün  deyil,
Biz  vətən  üçün  yaradılmışıq.
 
Vətənsiz  həyat  nəyə yarar bu  dünyada,
Vətən  yoxdursa nə  gəzirik bu  dünyada.
Vətən  bizim  həyatımız, Vətən bizim  amalımızdır,
Vətən  bu  böyük  dünyada  bizim isti  ocağımızdır.
 
         
 
 
 
               Bayrağım
 
Sənsən mənim dayağım
Sənsən mənim ocağım
İsti yuvam bayrağım
Sən nə qədər desən 
Əyilərəm qarşında
Sənsən bizi ucaldan
Zirvələrə  qaldıran
Üç rənglisən
Mavi, qırmızı, yaşıl
Rənglərinlə  dünyaya 
Bürünübdür bayrağım
Sənsən mənim qüdrətim,
Sənsən mənim şanım
Hər kəsin  dayağına duran  canım bayrağım
 
 
 
Şeir  aləminə  xoş gəlmisən
 
Şeir  aləminə  xoş gəlmisən
Gör  necə  gözəldir,
Həyatın bəzəyidir.
Şeir  aləmi
Bəxtiyardır, Şəhriyardır, Vurğundur.
Xoş gəlmisən  şeir  aləminə!