Bədii filmlər

"Şərikli çörək". Bədii film

Filmdə İkinci Dünya müharibəsinin son günlərində və müharibədən sonrakı ilk aylarda uşaqların çətin, fərəhsiz həyatından danışılır. Filmin çox hissəsi İçərişəhərdə, Böyük qala küçəsində çəkilib. Uşaqların yun çırpdığı, vedrənin yuxarıdan aşağı çırpıldığı məhəllə indiki Səadət sarayı yaxınlığında yerləşir. Məşhur “O boyda Çörçil bundan geyinib, bu hələ fikirləşir" ifadəsinin səsləndiyi bazar Nalçik şəhərində yerləşir. Vaqifin İsmayıl baba ilə bazara gəlməsi, Qenanın orada toyuq satması, həmçinin Vaqifin susatan uşaqla davası Bakının mərkəzində çəkilib. "Şərikli çörək” 1969-cu ildə “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. Filmin rejissoru Şamil Mahmudbəyov, ssenari müəllifi Alla Axundova, operatoru Teyyub Axundov, rəssamı Fikrət Bağırov, bəstəkarı isə Vasif Adıgözəlovdur.