Bayatılar

Azərbaycan xalq bayatıları

 

Mən gedirəm o yüzə, 
Qayıqda üzə-üzə, 
Ay quşlar, siz şad olun, 
Meşələr qalır sizə.

 

Gün gedir ilə, dağlar,
Gəlibdir dilə dağlar.
Bülbül kimi hay salıb, 
Dönüb bülbülə dağlar.

 

Dağdan-dağa gəzərəm, 
Quşlara dil yazaram, 
Bir quş məni aldatdı, 
Daha quşdan bezərəm.