Bədii filmlər

"Uşaq". Bədii film (Azərbaycan dilində) 4-cü hissə.

 

"Uşaq" (ing. The Kid) — rejissor Çarli Çaplinin filmi. Filmdə tənha ana yeni doğulmuş körpəsini ona gözəl həyat gətirəcəyi ümidi ilə varlı bir avtomobilə qoyub gedir. Həmin maşın iki soyğunçu tərəfindən oğurlanır. Maşında körpəni görən soyğunçular onu xarabalığa atıb gedirlər.

 

Uşaq təsadüfən Avaranın (Çarli Çaplin) gəzdiyi xarabalıqda atılır. Onu tapan avara uşaqla nə edəcəyini bilmir. Ağlına gələn isə onu yad bir uşaq arabasına qoymaq olur. Lakin onun bu fikri baş tutmur. Hər yandan əli üzülən avara uşağı öz kasıb daxmasına aparmağı qərarlaşdırır.

 

5 il keçir. Uşaq bu müddətdə böyüyür və ev işlərində avaraya kömək edir. Onlar hətta birlikdə pul qazanırlar. Uşaq yaşayış evlərinin şüşələrini sındırır, elə bu vaxt "təsadüfən" şüşəsalan-avara keçir. O, evin şüşəsini dəyişir və ona bunun haqqını ödəyirlər. Bu, onları polis tutana qədər davam edir. Polisdən qaçmaq, yerli dələduzlarla vuruşmalar, yarıac dolanmaq avara ilə uşağın vəziyyətinin heç də yaxşı olmadığını göstərir. Belə yaşamaq asan olmasa da, onlar bir-birini başa düşür, əsl ailə kimi, ata-oğul kimi yaşayırlar.