VIDEO

Batumi şəhəri

Batumi şəhəri Gürcüstanın Qara dəniz limanı və Acarıstan Muxtar Respublikasının paytaxtıdır. Şəhərin əhalisi 122 min 500 nəfərdir. Turizm mərkəzi olan Batuminin əhalisi yay aylarında 400 min nəfərə çatır. Batumi Cənubi Qafqaz dəmiryolunun və Bakı neft boru xəttinin qurtardığı əhəmiyyətli liman və ticarət mərkəzidir. Türkiyə sərhədindən 12 kilometr məsafədə yerləşir. Subtropik iqlimə malikdir, sitrus meyvələri və çay yetişdirilir. Neftayırma zavodu və gəmiqayırma sənayesi ilə tanınır.