Tapmacalar

Tap görək...

Onunla iynə
Saplayır nənəm.
Onu nənəmə
Gətirən mənəm.
(eynək)


 
Günlərlə su içməsə
Çox rahatca yaşayar
Kürəyində bir, ya da
İki təpə daşıyar.
(dəvə)

 

 
İnәyim var eşikdәdi,
Ayı-ili eşikdәdi,
İldә bir kәrә sağılar.
Özü yenә eşikdәdi.
(bağ)


 
Әzizim qara nәdir?
Qaş üstә qara nәdir?
Gönü göy, әt qırmızı,
Sümüyü qara nәdir?
(Qarpız)