Uşaq yaradıcılığı

İstedadlı bacı-qardaşla tanış olaq

Uşaq Bilik Portalının “Uşaq yaradıcılığı” rubrikası sizi bu gün istedadlı bacı-qardaşla-tanış etmək istəyir. 

 

Qonağımız Rüqəyya Şəfəqqətli və Məhəmməd Şəfəqqətlidir. 

 

Rüqəyya 2011-ci ildə avqustun 22-də anadan olub. Hazırda 279 nömrəli məktəbin 2-ci sinif şagirdi olan Rüqəyyanın gimnastikaya, rəsm çəkməyə, şahmatla məşğul olmağa böyük həvəsi var. 

 

5 yaşından gimnastikayla məşğul olan Rüqəyya asudə vaxtlarında rəsm çəkir, maraqlı əl işləri düzəldir. Məktəbdə əlaçıdır, dostları və müəllimlərinin sevimlisidir. 

 

Rüqəyya eyni zamanda, xarici dilləri öyrənməyə də böyük həvəs göstərir. 

 

 

Rüqəyyanın qardaşı Məhəmməd isə 2009-cu il dekabrın 20-də anadan olub. 279 nömrəli məktəbin 3-cü sinif şagirdidir və riyaziyyata böyük marağı var. O, mental arifmetika proqramı üzrə riyazi biliklərə yiyələnərək bu sahədə xüsusi istedad sahibi olduğunu ortaya qoyur və 3 ay kimi qısa bir vaxtda proqramı mənimsəyir.

 

Məhəmmədin sevdiyi məşğuliyyətlər arasında idmanla, şahmatla məşğul olmaq, rəsm çəkmək və s. də yer alır. Asudə vaxtlarında ən sevdiyi  məşğuliyyəti leqo konstruktorları və pazl yığmaqdır . Gələcəkdə isə ən tanınmış ixtiraçılardan biri olmaq arzusundadır. 

 

Biz də həm Rüqəyyaya, həm də Məhəmmədə öz növbəmizdə qonağımız olduqları üçün təşəkkür edir, onlara uğurlar arzulayırıq.