Uşaq yaradıcılığı

Balaca gimnast Məlahət Mustafayeva

Rubrikamızın növbəti qonağı Məlahət Mustafayevadır.

 

Məlahət Binəqədi rayonu 276 saylı məktəbin 2-ci sinfində oxuyur. 5 yaşından Ocaq Sport Klubunda gimnastika ilə məşğul olan Məlahət bir neçə  dəfə yarışlara qatılıb. Qatıldığı yarışlarda 2-ci yerə layiq görülüb.

 

Bundan başqa, Məlahət kitab oxumağı və rəqs etməyi də çox sevir. 


Gələcəkdə həkim olmaq arzusundadır. 

 

Biz Məlahətə öz növbəmizdə uğurlar arzulayırıq və rubrikamızın qonağı olduğu üçün təşəkkür edirik.