Odlar Yurdu

Qızılağac Dövlət Təbiət Qoruğu

Qoruq mövcud təbii komplekslərin olduğu kimi saxlanılmasını təmin edən və dövlət tərəfindən mühafizə olunan ərazidir. Qoruqlarda nadir, yaxud nəsli kəsilməkdə olan bitki və heyvan növləri, eləcə də məhv olmaq təhlükəsi qarşısında qalan təbii komplekslər qorunur.


Respublikamızda mövcud olan bitki və heyvan növlərinə malik təbii landşaftların qorunub saxlanılmasında qoruqların müstəsna rolu vardır. Azərbaycanda 11 dövlət təbiət qoruğu fəaliyyət göstərir. Onlardan ən böyüyü Qızılağac Dövlət Təbiət Qoruğudur.


Qızılağac Dövlət Təbiət Qoruğu 03 iyul 1929-cu il tarixində Azərbaycanın Qədim və İncəsənət Abidələrinin Qorunması Komitəsinin təşəbbüsü ilə yaradılmışdır. Ərazisi 88 360  ha-dır. Qoruqla yanaşı 10,7 min ha sahəsi olan Kiçik Qızılağac Dövlət Təbiət Yasaqlığı da fəaliyyət göstərir.


Qızılağac Dövlət Təbiət Qoruğu 1976-cı il tarixində ilk su-bataqlıq regionlarından biri kimi «Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan sulu-bataqlıq yerlər haqqında» Ramsar Konvensiyasının  «Ramsar Siyahısı»na daxil edilmişdir və bu səbəbdən də beynəlxalq əhəmiyyətli qoruq hesab olunur.


Ərazidə əsasən yayı quraq keçən mülayim-isti yarımsəhra və quru bozqır, qismən də (cənub hissəsi) yayı quraq keçən mülayim-isti iqlim tipləri hakimdir. Bu iqlim tipləri çox az və zəif nəmliyi, qışının mülayim, yayının isə quru və isti keçməsi ilə səciyyələnir. Havanın orta illik temperaturu 14,40-dir. Qışı mülayim keçir, ən soyuq ayın orta temperaturu 3,20, ən isti ayın orta temperaturu isə 25,50 olur.
Landşaftına görə su-bataqlıq quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan qoruqdur. Burada su-bataqlıq, yarımsəhra və çəmənlik bitkiləri yayılmışdır.


Ərazidə məskunlaşmış quş növü (qıvrımlələk qutan, çəhrayı qutan, qara leylək, dəniz qartalı, məzar qartalı, boz kəklik, turac, adi dovdaq, sultantoyuğu, ərsindimdik, çəhrayı flaminqo və s.) Azərbaycan Respublikasının “Qırmızı kitab”ına daxil edilmişdir.


Qoruğun təbiətinin rəngarəngliyinin, bitki, əsasən də heyvanat aləminin zənginliyinin əraziyə çoxsaylı yerli və xarici turistləri cəlb edəcəyini nəzərə alaraq gələcəkdə Qızılağac Dövlət Təbiət Qoruğunun və ona bitişik ərazilərin sahəsinin genişləndirilməsi hesabına milli parkın yaradılması nəzərdə tutulmuşdur. 20-yə yaxın quş növü (qıvrımlələk qutan, çəhrayı qutan, qara leylək, dəniz qartalı, məzar qartalı, boz kəklik, turac, adi dovdaq, sultantoyuğu, ərsindimdik, çəhrayı flaminqo və s.) Azərbaycan Respublikasının “Qırmızı kitab”ına daxil edilmişdir.


Qoruğun təbiətinin rəngarəngliyinin, bitki, əsasən də heyvanat aləminin zənginliyinin əraziyə çoxsaylı yerli və xarici turistləri cəlb edəcəyini nəzərə alaraq gələcəkdə Qızılağac Dövlət Təbiət Qoruğunun və ona bitişik ərazilərin sahəsinin genişləndirilməsi hesabına milli parkın yaradılması nəzərdə tutulmuşdur.