Uşaq yaradıcılığı

Rubrikamızın qonağı Jasmin İsrailova

“Uşaq yaradıcılığı” rubrikasının bugünkü qonağı Jasmin İsrailova 2012-ci il avqustun 7-də  anadan olub. O, 244 nömrəli məktəbin 1-ci sinif şagirdidir. Dərslərinə məsuliyyətlə və həvəslə çalışan Jasmin asudə vaxtlarında bədii kitab oxumağı, musiqi dinləməyi, hətta bəzən də mahnılar oxumağı çox sevir. 

 

Gimnastikaya böyük həvəsi olan Jasmin bu sahədə olduqca istedadlıdır. Uzun müddət Moskvada yaşayan Jasmin Azərbaycana gəldikdən sonra gimnastika dərslərinə burada  davam edib. Həm Moskvada, həm Azərbaycanda bir sıra yarışlarda iştirak edib, diplom və sertifikatlar qazanıb.   
 
 
Jasminin ən böyük arzusu isə gələcəkdə işinin peşəkarı bir pilot olmaqdır.  
 
Uşaq Bilik Portalı adından biz də Jasmin İsrailovaya uğurlar arzu edir, qonağımız olduğu üçün təşəkkür edirik.