Təbiət

Tikanlı tısbağa

Tikanlı tısbağa (spiny turtle- Heosemys spinosa) düzənlik və tropik meşələrdə, dəniz səviyyəsindən 900 m yüksəklikdə, kiçik axar su kənarlarında yaşayır.

 

Adının mənası sivri, tikanlı çanaq formasına əsaslanır. Buna görə də ona həmçinin dişli-çarx tısbağası da deyilir.

 

Bu canlı Bruney, İndoneziya, Malayziya, Myanma, Filippin, Sinqapur və Tailandda yaşayır. Uzunluğu 22—22,5 sm, çəkisi isə 2 kq olur. Rəngi tünd qəhvəyidir.  Dişilər hər il üç dəfə çoxalma dövrü keçirir.

 

Hər yuvaya da bir-üç yumurta qoyur. Balalar yumurtadan 106, 110, 145 günə çıxır. Bu tısbağanı əlinizə götürəndə ehtiyatlı olun. O, qaçmağa çalışan zaman  çanağının sivri iti ucları ilə əlinizi yaralaya bilər.

 

18-22 il yaşaya bilərlər.