Afişa

Respublika Uşaq Kitabxanası tərəfindən rəsm müsabiqəsi elan olunub

F.Köçərli adına Respublika Uşaq Kitabxanası “Mədəni irsimizi yaşadaq: Əsrlərin yadigarı - Dədə Qorqud” adlı rəsm müsabiqəsi elan edib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, müsabiqədə 12-16 yaş həddində olan yeniyetmələr iştirak edə bilər.

Rəsm əsərləri və əl işləri F.Köçərli adına Respublika Uşaq Kitabxanasına mayın 15-dək təqdim edilməlidir. Müsabiqə aşağıdakı nominasiyalar üzrə aparılacaq:

1.Kitabi- Dədə Qorqud boyları üzrə ən yaxşı rəsm işləri, 2. Kitabi- Dədə Qorqud boyları üzrə ən yaxşı əl işləri (parça, taxta, gil,keramika və s.)

Müsabiqənin qalibləri hər iki nominasiya üzrə I, II, III yer olmaqla qiymətləndiriləcək. Müsabiqədə iştirak etmək istəyənlər özləri haqqında bu məlumatları da təqdim etməlidirlər:

Adı, soyadı, atasının adı və təvəllüdü,

Ev ünvanı, məktəbin nömrəsi, əlaqə telefonu,

Ünvan: S.Vurğun küç.88,

Əlaqə telefonu: (012) 597-08-79,

E-mail: info@clb.az