Xəbərlər

III “Virtual əlaçı” bilik yarışmasına start verilir

Mayın 1-dən etibarən III "Virtual əlaçı" bilik yarışmasına start verilir.

 

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, yarışmada iştirak etmək üçün “Virtual məktəb” portalında “Teams -> General” bölməsindən “Testlər” altbölməsinə daxil olmaq və orada yerləşdirilən testlərə cavab vermək lazımdır. Hər sinif üçün təqdim edilmiş tapşırıqlara ən tez və düzgün cavab vermiş ilk 10 şagird qalib olacaq və adları Təhsil Nazirliyi tərəfindən rəsmi şəkildə elan ediləcək.

 

Yarışmanın keçirilməsində məqsəd şagirdlər arasında sağlam rəqabəti artırmaq və bilikləri yoxlamaqdır.