Bakı Rəsm Qalereyasında “Rəngli düşüncələr” adlı sərgi açılacaq
İyunun 3-də Bakı Rəsm Qalereyasında “Rəngli düşüncələr” adlı sərgi açılacaq.
Qalereyadan AZƏRTAC-a bildirilib ki, sərgidə “Esmeralda” uşaq və yeniyetmə rəsm studiyası şagirdlərinin əl işləri sərgilənəcək.
Azərbaycan Rəssamlar İttifaqın tərəfindən təşkilati dəstək verilən sərgi 2 gün davam edəcək. Sərgidə rəsm studiyasının yetirməsi olan 15 azyaşlı rəssamın müxtəlif üslublarda işlədiyi 50-dən çox əsər nümayiş ediləcək.
Sonda rəssamlara təşkilatçılar tərəfindən diplomlar təqdim olunacaq.
30.05.2019