Yumor

Molla Nəsrəddin lətifələri

Günlərin birində bir nəfər Molla Nəsrəddinin yanına gəlir ki: 
– Molla, evimizin yolunda bir it var, mənim günümü lap qara eləyib. 


Qorxudan evə də gedə bilmirəm. Eşitmişəm ərəb dilində bir dua var ki, onu oxuyanda itin ağzı bağlanır, adamı qapa bilmir. Xahiş eləyirəm o duanı mənə öyrədəsən. 


Molla deyir: 
– Yaxşısı budur ki, sən yanında həmişə ağac gəzdirəsən. Mən inanmıram ki, sizin yolunuzun üstündə olan o it ərəb dilini bilə.