Xəbərlər

Bakı Avropa Liseyində "Bir kərə yüksələn bayraq, bir daha enməz" adlı tədbir keçirilib

Bakı Avropa Liseyində "Bir kərə yüksələn bayraq, bir daha enməz!" adı altında Bayraq Gününə həsr olunmuş tədbir keçirilib. 

 

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanıb. 

 

Tədbirdə bayrağımızın yaranma tarixi, ulu öndər Heydər Əliyevin dövlət bayrağı haqqındakı fikirləri, Azərbaycan bayrağının şanlı tarixi haqqında geniş məlumat verilib, sənədli görüntülər nümayiş etdirilib. 

 

Çıxış edənlər Dövlət Bayrağı Gününün bütün azərbaycanlılar tərəfindən qeyd edilməsini milli birliyin nişanəsi adlandırıb, şagirdlərə uğrunda minlərlə Vətən övladının canından keçdiyi bayrağımızı uca tutmağı tövsiyə ediblər. Həmçinin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tezliklə torpaqlarımızın düşmən işğalından azad ediləcəyinə, üçrəngli bayrağımızın doğma Qarabağımızın hər bir guşəsində dalğalanacağına əminlik bildirilib. 

 

Tədbirdə 1A3 və 5A2 sinif şagirdləri bayraq, vətənpərvərlik mövzusunda şeirlər söyləyib, mahnılar ifa edib və ədəbi-bədii kompozisiyalar təqdim ediblər.