Xəbərlər

Ankarada azyaşlı məktəblilər TÜRKSOY-u ziyarət edib

Ankarada fəaliyyət göstərən özəl Yücə məktəbinin II sinif şagirdləri Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) mərkəzi qərargahını ziyarət ediblər.


TÜRKSOY-dan AZƏRTAC-a verilən məlumata görə, şagirdlər əvvəlcə təşkilatın qərargahında sərgilənən rəsmlərlə tanış olublar. 


Sonra Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı orijinal fotolar əsasında şagirdlərə təşkilatın fəaliyyət və məqsədi ibarət ümumi məlumat verilib. Uşaqlara TÜRKSOY-un nəşri olan “Türk dünyasının nağıl bağçası” kitabı hədiyyə olunub. 


Şagirdlərin TÜRKSOY-a gəlişi türk dünyası həqiqətlərini gələcək nəsillərə sevdirmək məqsədi ilə həyata keçirilib.