Təbiət

Pataqoniya dovşanı

Pataqoniya dovşanı, Pataqoniya marası, dilabbi kimi adlara sahiblik edən bu heyvan,dəniz donuzunun uzaq qohumu sayılır. Otyeyəndir, bitkilərlə qidalanır. Dovşana çox bənzəyir. Dovşan kimi qulaqları və ayaqları uzundur. Arxa ayaqları ön ayaqlarından uzundur. Ön ayaqlarında 4 barmaq, arxa ayaqlarında isə 3 barmaq olur. Quyruğu qısa, tüksüz və yuxarıya doğrudur. Qara parlaq bığları xüsusi seçilir. Böyük qara gözlərini əhatə edən kirpikləri külək və günəşdən qoruyur. 

 

Pataqoniya marasının uzunluğu 69-75 sm, quyruğu 4-5 sm, çəkisi 8-18 kq-dır. Pataqoniya dovşanı yalnız Pataqoniya və Argentinada yaşayır. Kolluq ərazilərdə yaşamağı üstün tutsalar da, Argentinada yerləşən Monte səhrasında da, yaşayırlar. Pataqoniya dovşanı antelop və maral kimi qaçır. Əsasən, yaşıl tərəvəz və meyvələr ilə qidalanır. Monte səhrasında birləpəlilər onun qidasının 70%-ni, ikiləpəlilər isə 30%-ni təşkil edir. Su çox az içirlər. Kiçik 10-12 başlıq sürü halında yaşayırlar. 


İldə bir dəfə 4-5 bala verirlər. Balaları dovşan kimi doğulan kimi qaça bilirlər.Təmizkardırlar, yuvalarını artıq qida qalıqları və çirkdən təmizləyirlər. Çox qorxaqdırlar, qorxudan hətta ölə də bilərlər. Tülkü, pişik, yırtıcı quşlar maraların düşməni hesab olunur.


Maranın qəhvəyi və bozumtul dərisindən çarpayı örtüsü və kilim hazırlamasında istifadə olunur. Buna görə də, nəsli tükənmək təhlükəsi altındadır.