Xəbərlər

Bakı Avropa Liseyinin 4a3 sinfi də Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib

Dünyada koronavirusun yayılması ilə əlaqədar olaraq, Bakı Avropa Liseyinin 4a3 sinfi də Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.

 

Şagirdlər bir aylıq xərcliklərini toplayaraq Fonda bağışlayıblar. Bu addımın atılmasında əsas məqsəd digər məktəblərin bu xeyirxah əmələ qoşulmasını təmin etməkdir.

 

Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

 

Fondun vəsaiti koronavirusla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə, o cümlədən xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılmasına, tibb sahəsində çalışan işçilərin mükafatlandırılmasına və onlara maddi yardım göstərilməsinə, tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsinə və maddi-texniki bazasının gücləndirilməsinə yönəldiləcək.