A

Abbas Mahmud

Abu Mazen
 
Fələstin Dövlətinin Prezidenti (23 noyabr 2008-ci ildən)
 
1935-ci ildə Fələstinin Safed şəhərində anadan olub. 1948-ci ildə ailəsi ilə birlikdə Suriyaya köçüb. Dəməşq Universitetini bitirib. İxtisasca hüquqşünasdır.
 
1954-cü ildə Suriyada Fələstin cəmiyyəti yaradıb. 1960-cı ildə Yasir Ərəfatla birlikdə sonralar FAT-da (Fələstin azadliq Təşkilatı) əsas yer tutan FƏTH-in (Fələstinin azadlığı uğrunda hərəkat) yaradılmasında iştirak edib. 
 
1965-ci ildə Fələstin müqavimət hərəkatının başlamasına qərar verən Fələstin liderlərinin sırasında olub.
 
1968-ci ildən Fələstin Milli Şurasının üzvüdür.
 
İsraildə sülhsevər qüvvələrlə əlaqə yaratmaq ideyasını irəli sürən ilk fələstinli siyasətçilərdən biridir.
 
1996-cı ildə FAT-ın baş katibi seçilib.
 
2003-cü ildə Fələstin muxtariyyətinin baş naziri postuna təyin olunsa da, Yasir Ərəfatla bəzi fikir ayrılıqlarına görə həmin ilin sentyabırında istefa verib.
 
11 noyabr 2004-cü ildən etibarən FAT-ın İcraiyyə Komitəsinin sədri secilib (Yasir Ərəfatın ölümündən sonra).
 
9 yanvar 2005-ci ildə 62,32 faiz səslə Fələstin Milli Adminstrasiyasının başçısı seçilib.
 
12 noyabr 2006-cı ildən etibarən Fələstinin azadlığı uğrunda hərəkatının (FƏTH) başçısı, FƏTH MK-nın, 15 aprel 2007-ci ildən isə Milli Təhlükəsizlik Şurasının sədridir.
 
23 noyabr 2008-ci ildə FAT mərkəzi şurasının yığıncağında Fələstin Dövlətinin prezidenti seçilib.
 
Mahmud Abbas 6 yanvar 2013-cü ildə bütün rəsmi sənədlərdə Fələstin muxtariyyətinin Fələstin Dövləti adlandırılmasına dair sərəncam verib.
 
Bir neçə kitabın, o cümlədən “Osloya gedən yol” (1994) kitabının müəllifidir.