İ

İran İslam Respublikası

Jumhuri-ye Islami-ye Iran
 

 

Coğrafi mövqeyi – Cənub-qərbi Asiyada dövlət
 
Sahəsi – 1,648 milyon kvadrat kilometrdir.
 
Əhalisi – 80 milyon nəfər (2012).
 
Paytaxtı – Tehran şəhəridir.
 
Rəsmi dili – Fars dilidir.
 
Ərazi bölgüsü – 30 əyalətə (ostan) bölünür.
 
Sərhədləri – Şimal-qərbdə Azərbaycan və Ermənistan respublikaları, və Türkiyə Cümhuriyyəti ilə, şimalda Türkmənistanla, şərqdə Əfqanıstan və Pakistan İslam respublikaları, qərbdə İraq Respublikası ilə həmsərhəddir. Sahillərini şimalda Xəzər dənizi, cənubda Hind okeanının Fars və Oman körfəzləri yuyur.
 
Pul vahidi – 1 Rial = 100 dinar.
 
Dövlət başçısı – İran İslam Respublikasının dini lideri Ayətullahdır.
 
Dövlət quruluşu – İslam Respublikasıdır.