D

Danimarka Krallığı

Kongeriget Danmark
 

 

Coğrafi mövqeyi – Avropanın şimalında, Yutlandiya yarımadasında və yarımadaya yaxın adalarda yerləşən dövlət.
 
Sahəsi – 43 min kvadratkilometrdir.
 
Əhalisi – 5,56 milyon nəfərdir (2010).
 
Paytaxtı – Kopenhagen şəhəridir.
 
Rəsmi dili – Dan dilidir.
 
Ərazi bölgüsü – Beş əyalətə (Paytaxt əyaləti, Selandiya, Şimalı Yutlandiya, Mərkəzi Yutlandiya və Cənubi Yutlandiya), 98 kommuna (Kommune), muxariyyətə malik Farer adalarına və Qrenlandiya adalarına bölünür.
 
Sərhədləri – Cənubdan Almaniya ilə həmsərhəd olan Danimarkanın sahillərini qərbdə Şimal dənizi, şərqdə isə Baltik dənizi yuyur.
 
Pul vahidi – 1 Danimarka kronu = 100 ere.
 
Dövlət başçısı – Danimarka kraliçası.
 
Dövlət quruluşu – Konstitusiyalı monarxiya.