V

Vatikan

Status Civitatis Vaticanæ, italyanca Stato della Città del Vaticano
 

 

 
Anklav dövlət-şəhər, Roma Papasının iqamətgahının yerləşdiyi Roma katolik kilsəsinin mərkəzi 
 
Vatikan 1929-cu il iyunun 7-də İtaliya hökuməti ilə imzalanan “Lateran sazişi”nə əsasən yaradılıb. Suverenliyinin mənbəyini Müqəddəs Papa Taxtı təşkil edir. Bütün dövlət atributlarına malikdir, dünyanın əksər ölkələri ilə diplomatik münasibətlər saxlayır. 
 
Coğrafi mövqeyi – İtaliyanın paytaxtı Roma şəhərinin qərbindəki Monte-Vatikano adlanan hissədə yerləşir.
 
Sahəsi - 0,44 kvadratkilometr olan Vatikan dünyanın ən kiçik dövlətidir.
 
Əhalisi – Daimi əhalisi yoxdur; vətəndaşlarının sayı 500 nəfərdən bir qədər çoxdur.
Bu dövlət-şəhərə hər il 17 milyondan artıq turist və zəvvar gəlir.
 
Paytaxtı - Vatikan şəhəridir.
 
Rəsmi dili – İtalyan və latın dilləridir.
 
Pul vahidi – 1 avro = 100 avrosent.
 
Dövlət başçısı - Dövlət quruluşu monarxiya olsa da, hakimiyyət irsi xarakter daşımır. Dövlətə, kardinallar tərəfindən seçilmiş şəxs – Roma yepiskopu (Roma papası) başçılıq edir. O, bu vəzifəyə ömürlük seçilir.
 
Dövlət quruluşu - Mütləq teoloji monarxiya.
 
Ali qanunverici orqanı - Birpalatalı Papa Şurası.