G

Georq Frederik Ernest Albert (V Georq)

George Frederick Ernest Albert (George V)
 
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının 9-cu kralı, həmçinin Hindistanın imperatoru
 
1865-ci iyunun 3-də Londonda Malboro-haus malikanəsində anadan olub. Böyük Britaniya və İrlandiya kralı, Hindistanın imperatoru, Avstriya feldmarşalı və Saksen-Koburq-Qot (indiki Vindzor) sülaləsinin ilk nümayəndəsi olan VII Eduardın oğludur.
 
1877-ci ildən 1891-ci ilədək Hərbi Dəniz Qüvvələrində qulluq edib. 1901-ci ildə anası Viktoriyanın ölümündən sonra atası VII Eduard kral, Georq isə Uels şahzadəsi adını alır.
 
1910-cu ildə atasının ölümündən sonra V Georq adı ilə taxta keçir.
 
Birinci Dünya müharibəsi ərəfəsində cəmiyyətdəki antialman əhval-ruhiyyəsi fonunda özünün bütün alman titullarından imtina edir və 1917-ci ildə Saksen-Koburq-Qot sülaləsinin Böyük Britaniyadakı qolunu Vindzorlar sülaləsi adlandıraraq, onun ilk monarxı olur. Onun krallığı dövründə Britaniya cəmiyyətində sosializm və kommunizm, faşizm və irland respublikaçılığı ideyaları güclənməyə başlayır.
 
1924-cü ildə Britaniya tarixində ilk dəfə leyborist partiyasının nümayəndəsi, Makdonaldı hökumətin başına keçirir.
 
1931-ci ildə məşhur Vestminster statutu qəbul edilir və keçmiş müstəmləkələr Britaniya Birliyi tərkibində müstəqil ərazilərə, dominionlara çevrilirlər və V Georq da bütün bu dominionların kralı olur.
 
Hakimiyyətinin son illərində ağ ciyər xəstəliyinə düçar olan V Georq ağır bronxit tutmasından sonra komaya düşür. 1936-cı il yanvarın 20-də şəxsi həkimi baron Bertran Douson tərəfindən evtanaziya edilir. Onun ölümündən sonra hakimiyyətə oğlu VIII Eduard gəlir.