R

Rəhimov Süleyman Hüseyn oğlu

Azərbaycanın xalq yazıçısı, Sosialist Əməyi Qəhrəmanı 
 
1900-cı ilin martın 22-də Qubadlı rayonunun Əyin kəndində anadan olub.
 
1921-ci ildə Xanlıq kənd məktəbində müəllim işləyib. 
 
1928-ci ilin payızında Bakıya gələrək Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə qəbul olub. 
 
1930-cu ildən ədəbi fəaliyyətə başlayıb. İlk əsəri böyük həcmli "Şamo" romanıdır. Bundan başqa, "Saçlı" (1944), "Ata və oğul" (1949), "Mehman" (1953) və başqa əsərlərin də müəllifidir.
 
1934-1937-cı illərdə Azərbaycanın Laçın, Samux, Şahbuz və Noraşen rayonlarında rəhbər vəzifələrdə çalışıb.
 
Müxtəlif vaxtlarda Azərbaycan Yazıçılar Birliyinin sədri olub.
 
1940-1941-ci illərdə Azərbaycan KP Bakı şəhər komitəsində təbliğat üzrə katib, 1941-1944-ci illərdə Azərbaycan KP MK-da təbliğat və təşviqat şöbəsinin müdir müavini, 1945-1958-ci illərdə Azərbaycan Nazirlər Soveti yanında Mədəni-Maarif İşləri Komitəsinin sədri vəzifələrində işləyib.
 
1942-ci ildə "Şərəf nişanı", 1946, 1970, 1975-ci illərdə üç dəfə Lenin ordeni ilə təltif olunub, 1960-cı ildə xalq yazıçısı, 1975-ci ildə Sosialist Əməyi Qəhrəmanı adlarını alıb.
 
1983-cü il oktyabrın 11-də vəfat edib, Fəxri xiyabanda dəfn olunub.