Xəbərlər

Bərdədə vətənpərvərlik mahnıları müsabiqəsi keçirilib

Bərdə, 3 may, AZƏRTAC

 

Bərdədə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə uşaq incəsənət və musiqi məktəblərinin şagirdləri arasında vətənpərvərlik mahnıları müsabiqəsi keçirilib.

 

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müsabiqədə 4 şəhər, 3 kənd incəsənət və musiqi məktəbinin şagirdləri iştirak edib.

 

Bərdə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Validə Nabatova çıxış edərək, ümummilli lider Heydər Əliyevin keçdiyi şərəfli ömür yolundan, Ulu Öndərin Azərbaycan gəncliyinin hərtərəfli inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb.

 

Müsabiqə iştirakçılarının vətənpərvərlik mövzusunda ifa etdikləri mahnılar münsiflər heyəti tərəfindən qiymətləndirilib. İfası münsiflər heyəti tərəfindən bəyənilən şagirdlər diplomla təltif edilib.