İ

İnkvizisiya

Inquisitio Haereticae Pravitatis Sanctum Officium
 
Kilsə məhkəməsi
 
1215-ci ildə Papa III İnokenti tərəfindən yaradılıb. Roma Katolik Kilsəsi kafirlərə, bidətçilərə, cadugərlərə qarşı mübarizə aparıb. İnkvizisiya latın dilindən tərcümədə axtarış, istintaq, mənalarını verir. 1229-cu ildə Fransanın cənubunda, 1478-ci ildə İspaniyada, daha sonra İtaliyanın və Almaniyanın cənubunda geniş tətbiq olunub.
 
Dinin ehkamlara zidd təbliğata görə də insanlar İnkvizisiya tərəfindən müxtəlif işgəncələrə məruz qoyulub, hətta tonqallarda diri-diri yandırılıb. İnkvizisiya tərəfindən ölüm cəzasına məhkum olunanlar arasında Cordano Bruno, Yan Qus, Janna D'Ark və bir sıra başqa məşhurlar da var.