İ

İraq Respublikası

Al-Jumhuriyah al-Iraqiyah
 
 

 

Coğrafi mövqeyi - Yaxın Şərqdə, Mesopotamiya düzənliyində, Dəclə və Fərat çayları vadisində yerləşir.
 
Sahəsi – 437 min kvadratkilometrdir.
 
Əhalisi – 32 milyon nəfərdir (2011).
 
Paytaxtı – Bağdad şəhəridir.
 
Rəsmi dili – Ərəb dilidir.
 
Ərazi bölgüsü – 18 əyalət (liva) və 102 bələdiyyədən (qadə) ibarətdir.
 
Sərhədləri – Şimalda Türkiyə, qərbdə Suriya və İordaniya, şərqdə İran, cənubda Səudiyyə Ərəbistanı və Küveyt ilə həmsərhəddir. Cənub-şərqdə Fars körfəzinə çıxışı var.
 
Pul vahidi – 1 İraq dinarı = 1000 fils.
 
Dövlət başçısı - İraq Respublikasının Prezidentidir.
 
Dövlət quruluşu – Parlament respublikasıdır.
 
Azərbaycanın dahi şairi Məhəmməd Füzuli İraqın Kərbəla şəhərində dəfn edilib.