O

Oman Sultanlığı

 

Coğrafi mövqeyi – Asiya qitəsində, Ərəbistan yarımadasının cənub-şərqində yerləşir.
 
Sahəsi – 309,5 min kvadratkilometrdir.
 
Əhalisi – 3,6 milyon nəfərdir (2013). 
 
Paytaxtı – Maskat şəhəridir.
 
Rəsmi dili – Ərəb dilidir.
 
Ərazi bölgüsü – 5 əyalətə və 61 vilayətə bölünür.
 
Sərhədləri – Cənub-qərbdə Yəmən Respublikası, qərbdə Səudiyyə Ərəbistanı Krallığı, şimal-qərbdə Birləşmiş Ərəb Əmirlikləri ilə həmsərhəddir. Şimalda Hörmüz boğazı, şimal-şərqdə Oman körfəzi, şərqdə və cənub-şərqdə Ərəbistan dənizi ilə hüdudlanır.
 
Pul vahidi – 1 Oman rialı = 1 000 bayz.
 
Dövlət başçısı – Oman Sultanıdır.
 
Dövlət quruluşu – Monarxiyadır.