Təbiət

Səma niyə mavidir?

Həqiqətən də səma niyə mavidir? Axı səma havadan ibarətdir. Hava isə şəffafdır və rəngsizdir. Bəs niyə səmaya baxdıqda biz onu mavi rəngdə görürük?
Amma səma heç də hər yerdə mavi deyildir. Şimalda solğun, cənubda tünd mavi, bizdə isə günəşli və mavidir. Bəs açıq səmanın bu rəng  çalarları haradan yaranır? Bu, günəş şüalarının yaratdığı rəngdir. Günəş şüaları  Yer kürəsini əhatə edən qalın hava qatını yarıb keçməli olur. Günəş şüası çoxrənglidir - qırmızı, narıncı, sarı, yaşıl, göy, mavi, bənövşəyi rənglərdən ibarətdir. Şüalar qalın hava qatını keçərkən günəş spektrinin bütün rəngləri dağılır və ətrafa ən çox mavi rəngli hissəciklər səpələnir. Beləliklə, səma da həmin rəngə boyanır.