B

Birləşmiş Millətlər Təşkilatı, BMT

United Nations Organization, UNO 
 
Dövlətlərarası beynəlxalq təşkilat
 
İkinci Dünya müharibəsindən sonra beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılması, millətlər arasında dostluq əlaqələrinin inkişafı, insan həyatının və hüquqlarının müdafiəsi səviyyəsinin yüksəldilməsi məqsədilə 1945-ci ildə yaradılıb .
 
Hazırda təşkilatın 193 üzvü var.
 
1992-ci ildən Azərbaycan Respublikası da BMT-nin üzvüdür. Qərargahı Nyu-York şəhərindədir.
 
Nizamnaməsi 1945-ci il iyunun 26-da San-Fransisko konfransında 50 dövlətin nümayəndəsi tərəfindən imzalanıb və 1945-ci il oktyabrın 24-də qüvvəyə minib.
 
BMT-nin əsas orqanları - Baş Məclis Assambleyası, Təhlükəsizlik Şurası, İqtisadi və İctimai Şura, Qəyyumluq Şurası, Beynəlxalq Məhkəmə və Katiblikdir.
 
Beynəlxalq Məhkəmə Niderlandın Haaqa şəhərində, digər qurumlar isə Nyu-Yorkda, BMT-nin Mərkəzi idarələrində yerləşir.
BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO), BMT-nin Uşaq Fondu (UNICEF), BMT-nin İnkişaf Proqramı (BMTİP) və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMTQAK) inkişaf, humanitar yardım və insan hüquqlarının müdafiəsi sahələrində fəaliyyət göstərən ixtisaslaşmış təşkilatlarıdır.
 
BMT baş katibi: quruma BMT Təhlükəsizlik Şurasının tövsiyəsi ilə beş il müddətinə Baş Assambleya tərəfindən seçilən baş katib rəhbərlik edir. Bu vəzifəyə bir şəxsin 2 dəfə seçilmək hüququ vardır.