Q

Qütb parıltısı

Qütb parıltısı
 
Günəşin fəaliyyəti nəticəsində kosmosa atılan külli miqdarda yüksək enerjili elektron və ionların Yerin maqnit sahəsinə daxil olması hadisəsi. Yerin maqnit sahəsinə daxil olan elektronlar Lorens qüvvəsinin təsiri nəticəsində qütblərə doğru hərəkət edir. Qütblərə toplanan belə yüklərin təsirindən qazların atom və molekulları ionlaşır və “həyacanlanır”. “Həyəcanlanmış” atomların görünən diapazonda şüalanması Qütb parıltısı yaradır. Qütb parıltısı adından göründüyü kimi planetimizin Şimal və Cənub qütblərində müşahidə olunur.