Təbiət

Quşların miqrasiyası

Bir çox yırtıcı quşlar bütün il boyu yerdə yaşamır. Bəziləri sərt qışdan qorunmaq üçün miqrasiya edir, başqaları isə fəsillərin dəyişməsi ilə əlaqədar bir ov  yerindən digərinə köç edir. Məsələn, rasionu həşəratlarla zəngin adi arıyeyən və çöl müşgülü yayda çox vaxt yemin daha bol olduğu şimala uçur. Amma  qış yaxınlaşdıqca və cücülər azaldıqda cənuba qayıdır.
 
Başqa quşlarla qidalanan bəzi yırtıcılar ovladıqları quşların mövsümi miqrasiyası ilə əlaqədar köç edir. Digərləri, məsələn, şahin-laçının dağdakı yuvadan  sahilboyundakı qış məskənlərinə köçü arasında məsafə cəmi bir neçə kilometrdir. Yırtıcı quşlar köç zamanı geniş su hövzələrindən  kənar uçur. Məsələ bundadır ki, onlar göydə süzməyə  əla uyğunlaşsa da, qanadlarını uzun müddət yelləməyə yetərincə dözümlü deyil. Müxtəlif yırtıcılar yüksək pilotajının demək olar bütün üsullarını mükəmməl mənimsəyib. Bu və ya digər quşun qanadının formasından onun uçuş və ya ov manerası barədə çox şey öyrənmək olar. 
 
Bütün yırtıcı quşların güclü qaldırıcı qüvvəsi olan  uzun və geniş qanadları var. Məsələn, kondor, qrif və qartal yüksəlməkdə olan qızmış hava axınlarında demək olar elə bir səy göstərmədən uzun müddət süzür. Onlar güclü qanadlarının köməyi ilə yem axtarışında ətraf yerləri sistemli şəkildə yoxlayır.
 
Yalançı qartal ən qeyri-adi qanadları olan yırtıcı quşdur. Bu qartalın yaşlı fərdinin qanadlarının açıq vəziyyətdə uzunluğu 2 metrə çatır. Bu quş səmada süzəndə quyruqsuz görünür. O, leş axtarışında böyük məsafələr qət edir, saatda 80 kilometrə qədər sürətlə uça bilir. Dəniz quşları kimi qanadının əyilmə bucağının istiqamətini kəskin dəyişdirmək iqtidarındadır. Nadir hallarda qanad çalan yalançı qartal havanın cüzi hərəkətindən məharətlə istifadə edir.